İmişlidə futbol üzrə rayon birinciliyi keçirilib
İmişli rayon Gənclər və İdman idarəsi, YAP-nın İmişli rayon təşkilatı və Təhsil şöbəsi ilə birgə təşkilatçılığı ilə 29 aprel - 08 may tarixlərdə ümummilli lider H. Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş 13-14 yaşlı məktəblilər arasında futbol üzrə rayon birinciliyi keçirilib.

2 saylı orta məktəbin futbol meydançasında keçirilən yarışda 16 komanda iştirak edib.

Sonda yüksək yerləri tutmuş komandalar İmişli rayon Gənclər və İdman idarəsi, YAP-nın İmişli rayon təşkilatı və Təhsil şöbəsi tərəfindən diplom və qiymətli hədiyyələlə mükafatlandırılıblar.

Xəbər 1338 dəfə oxundu.