Yardımlıda futbol üzrə rayon birinciliyi keçirilib
Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş ümumtəhsil məktəbləri arasında futbol üzrə rayon birinciliyi keçirilib.

Yardımlı şəhər “Sahil” stadionunda 30 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmə və gənclər arasında Heydər Əliyev irsinin təbliği, fiziki sağlamlığının artırılması, onların mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi və vətənpərvərlik ruhunda tərbiyə olunması, sülhün təbliği, idmanın kütləviliyinə nail olmaq, idmanın futbol növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclər arasında futbol üzrə rayon birinciliyinin keçirilməsi olub.

Sonda birinciyə Bozayran kənd, ikinci yerə Köryədi kənd tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 1049 dəfə oxundu.