«Qarabağ» albanlarla müqavilə bağlayır
Qarabağ» daha iki futbolçu ilə yeni müqavilə bağlamağa hazırlaşır. Baş məşqçi Qurban Qurbanov Admir Teli və Ansi Aqollinin komandada saxlanılmasına qərar verib.

Hazırda hər iki alban futbolçu ilə danışıqlar davam edir. Vüqar Nadirov, Maksim Medvedev və Namiq Yusifovla yeni anlaşma imzalayan «Qarabağ» yaxın günlərdə Teli və Aqolli də müqaviləsinin müddətini uzadacaq.

Qeyd edək ki, 2009-cu ildən «Qarabağ»da çıxış edən 31 yaşlı Teli 133 oyunda meydana çıxıb və 8 qola imza atıb. 2011-ci ildən Ağdam klubunun formasını geyinən 30 yaşlı Aqolli isə 57 oyunda 2 dəfə fərqlənib.

Xəbər 794 dəfə oxundu.