«Neftçi» Qəbələyə tam heyətlə getdi
Sabah «Qəbələ»nin qonağı olacaq «Neftçi» Bakını tərk edib. «Ağ-qaralar» 31-ci tur qarşılaşması üçün Qəbələyə yollanıb.

«Neftçi» səfərə tam heyətdə çıxıb. Komandanın heyətində cəzalı və zədəli futbolçu yoxdu. Cəzasını başa vuran Nikolas Kanales də «Qəbələ» ilə oyunda meydana çıxa biləcək.

Qeyd edək ki, «Qəbələ» – «Neftçi» oyunu saat 17.30-da başlayacaq. «Ağ-qaralar» sabah ardıcıl çempionluğu rəsmiləşdirə bilər. Səfər oyununda 1 xal «Neftçi» üçün yetərli olacaq. Hətta məğlubiyyət belə «Neftçi»ni çempion edə bilər. Bunun üçün «Qarabağ» «Bakı» ilə oyunda xal itirməlidi.

Xəbər 799 dəfə oxundu.