Falkao müqavilə imzalayacaq
Fransanın yuxarı divizionuna vəsiqə qazanmış «Monako» klubu bu gün rəsmi olaraq kolumbiyalı forvard Radamel Falkao ilə müqavilə imzalayacağını elan edəcək.

İdman.com.az saytı xəbər verir ki, transferin həcmi 60 milyon avro olacaq. Futbolçu bu gün günorta Monakoda, klubun rəhbəriDmitri Rıbolovlevlə nahar zamanı müqaviləyə imza atacaq. «Atletiko»nun hücumçusu ilə danışıqlar fevralda başlanıb. O vaxt fransız klubunun nümayəndəsi Riçard Peçini Falkaonu belə bir qərara gəlmək üçün razı sala bilib. Yeni klubunda Falkao ilinə 10 milyon avro alacaq.

Xəbər 847 dəfə oxundu.