Lionel Messi yenə şanssızlıqla üzləşib
Bu həftə çempionluğunu rəsmiləşdirən «Barselona»nın ulduzu Lionel Messi yenə şanssızlıqla üzləşib. Ötən axşam «Atletiko»nun qonağı olan argentinalı yenidən zədələnib.

Çempionlar Liqasının PSJ ilə oyununda zədə alan və həmin vaxtdan tam hazır olmayan Messi dünənki qarşılaşmanı6 69-cu dəqiqəsində – komandası hesabda geri olarkən (0:1) zədələnib. «Barselona» həmin vaxtadək bütün əvəzetmə imkanlarından yararlandığı üçün oyunu 10 nəfərlə bitirməli olub.

Xəbər 924 dəfə oxundu.