36-cı turun oyunlarına yekun vurulub
Fransa çempionatında 36-cı turun oyunlarına yekun vurulub.

İdman.com.az saytının məlumatına görə, son matç günündə “Lion” – PSJ görüşü baş tutub. Burada Paris klubu matçın 53-cü dəqiqəsində Jeremi Menesin vurduğu tək qolla görüşdən qalib ayrılmağı bacarıb. Bu qələbə isə PSJ-nin sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. Beləliklə, baş məşqçi Karlo Ançelottinin komandası 19 ildən sonra bu zəfəri qazanmağa müvəffəq olub.

Xəbər 721 dəfə oxundu.