Runi "Mançester Yunayted"i tərk edəcək
Ueyn Runi böyük ehtimalla yayda "Mançester Yunayted"i tərk edəcək.
İdman.com.az saytının məlumatına görə, onun adı bu gün "Suonsi"yə qarşı oyunda da iştirak ərizəsinə salınmayıb.

Matçdan sonra Aleks Ferqyuson bildirib ki, Runi komandanı tərk etmək istəyir: "Düşünürəm ki, o, hər şeyi yaxşıca götür-qoy etməlidi. Runi getmək istəyir. Xahiş edir ki, onu transferə çıxaraq. Mən onun qalmağını istərdim. Amma burda hər şey Runinin özündən asılıdı".

Xəbər 839 dəfə oxundu.