Ferqyuson «Mançester Yunayted»in səhmlərinin qiymətini aşağı saldı
«Mançester Yunayted»in baş məşqçisi ser Aleks Ferqyusonun məşqçilik karyerasının sonu klubun səhmlərinin Nyu York fond birjasında qiymətinin aşağı düşməsinə səbəb olub. Məlum olduğu kimi, 2012-ci ilin avqustunda «qırmızı şeytanlar» səhmlərinin 10 faizini fond birjasında yerləşdiriblər.

İdman.com.az saytı xəbər verir ki, məşqçinin istefa xəbəri çıxandan sonra isə səhmlərin 4,5 faiz aşağı düşdüyü məlum olub. Hal-hazırda «Yunayted»in borcları da çox böyükdü. Klubun 370 milyon funt borcu var.

Ancaq komandanın böyük gəlirləri problemsiz şəkildə faizləri ödəyərək borcu azaltmağa imkan verir. Bununla belə, səhmlərin indiki enişi Ferqyusonun xələfinin yeni mövsüm qabağı transfer bazarında fəallığını azalda bilər.

Xəbər 920 dəfə oxundu.