Kavani üçün 30 milyon və futbolçu
«Yuventus»un rəhbərliyi «Napoli»nin forvardı Edinson Kavaniyə ciddi maraq göstərir. «Tuttosport»un yazdığına görə, turinlilərin idman direktoru Fabio Paratiçi uruqvaylı futbolçunun transferi ilə bağlı artıq neapolluların nümayəndələri ilə görüşüb.

İdman.com.az saytı xəbər verir ki, «Yuventus» 26 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır. Bundan əlavə Turin klubu bir futbolçunu da qarşı tərəfə ötürməyi düşünür. Hətta neapollulara seçim üçün 4 futbolçu da təklif edir ki, məhz onlardan birini özləri seçsinlər.

Bu dördlüyə Mirka Vuçiniç, Alessandro Matri, Maurisio İsla və Paolo De Çelye daxildir. Kavaniyə «Yuventus»dan savayı «Çelsi» və «Real»da namizəddilər.

Xəbər 1258 dəfə oxundu.