Təbriz komandası yenə Asiya Çempionlar Liqasında
Dünən İranın ölkə çempionatında XXXIV turun oyunları keçirilib. İdman.com.az saytı xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu doğma divarlar arasında Tehranın “Persepolis”ini qəbul edib. “Səhənd” stadionunda baş tutmuş qarşılaşmada yerli futbolçular rəqibini məyus edib -3:1.

Arazın o tayını təmsil edən komandadan qolları Mehdi Salehi (32), Mehdi Kərimian (54) və Suares de Karvalyo Geils (90) vurublar. Bu qələbədən sonra “Traktorsazi” 65 xalla çempionatın gümüş medallara sahib çıxıb və növbəti mövsümdə də Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququna yiyələnib.


Xəbər 806 dəfə oxundu.