Ruslan Abışov "Mordoviya"ya qarşı
Milli komandamızın futbolçusu Ruslan Abışovunun çıxış etdiyi “Rubin” bu gün Rusiya Premyer Liqasında 28-ci turun oyununa çıxacaq.

Kazan təmsilçisi öz meydanında autsayderlərdən “Mordoviya”nı qəbul edəcək.

Bakı vaxtı ilə saat 18.30-da başlanacaq oyunda baş məşqçi Qurban Berdıyevin şans verəcəyi təqdirdə Abışov meydana çıxacaq.

Qeyd edək ki, 27 turdan 44 xal toplayan “Rubin” 5-ci, onun bu günkü rəqibi “Mordoviya” isə 19 xalla 15-ci yeri tutur.

Xəbər 1557 dəfə oxundu.