4 futbolçu "Bakı"dan gedir
Cari mövsüm uğursuzluğa düçar olan "Bakı" klubu artıq islahatlara başlamaq üzrədi. Baş məşqçi Bojidar Bandoviçlə yolları ayırmağı hədəfləyən paytaxt klubunun həmçinin 4 futbolçu ilə də vidalaşacağını dəqiqləşib. Belə ki, Uinston Parks, Aleksandr Şoliç, İbrahim Karqbo və Edemir Rodrigez mövsüm başa çatan kimi komandadan uzaqlaşdırılacaq. Komandanın aparıcı üzvü Elvin Məmmədovla isə yeni müqavilə imzalanacaq.

Xəbər 807 dəfə oxundu.