Felipe Melo "Qalatasaray"ı tərk edir
Felipe Melo "Qalatasaray"ı tərk edir. Bu haqda braziliyalı futbolçunun özü məlumat verib: "Mənim müqaviləm açıqdır. "Qalatasaray" transfer hüququmu "Yuventus"dan ala bilərdi. Onlar belə bir imkana sahib idilər. Amma bunu etmədilər. Səbəbini dəqiq bilmirəm. Lakin bundan çox narazıyam. Çünki mən burada olduğum illər ərzində komandanın uğur qazanması üçün əlimdən gələni etdim".

Xatırladaq ki, "Qalatasaray" Melonun transfer hüququna yiyələnmək üçün 6,5 milyon avro ödəməli idi.

Xəbər 965 dəfə oxundu.