Lionel Messinin həyatından film çəkiləcək
“Barselona”da forma geyən Lionel Messinin həyatından film çəkiləcək. Filmin DÇ-2014-ə qədər başa çatması planlaşdırılır.

Amerikanın “Epic Pictures” studiyası bir vaxtlar rekordlara imza atan Slvester Stallonenin rol aldığı “Rocky” filmini nümunə götürərək Messinin də həyatını səhnələşdirəcək. Ssenaridə Messinin yaşadığı həyatın çəkiləcəyi, uydurma səhnələrə yer verilməyəcəyi bildirilib. Filmin adının isə “Əfsanəyə çevrilən uşağın tarixi” olacağı açıqlanıb.

Xəbər 1179 dəfə oxundu.