“Xəzər Lənkəran”da 21-ci kapitan
Topaz Premyer Liqasının XXX turu “Xəzər Lənkəran”ın bolqarıstanlı legioneri Radomir Todorov üçün əlamətdar olub. Belə ki, o, karyerasında ilk dəfə “ağ-yaşıllar”ın kapitanı kimi meydana çıxıb.

Komanda “Turan”la qarşılaşmasına sarğı ilə başlayan Todorov bununla da klubun kapitanları siyahısına daxil olub. Bunadək 2004-cü ildə yaranan “Xəzər Lənkəran”ı 9 illik tarixində rəsmi matçlara 20 kapitan çıxarmışdı. Radomir bu siyahıya 21-ci kimi daxil oldu. Bolqarıstanlı futbolçu Junior Osvaldo və Aleksandr Martyoşkindən sonra kapitanlığa layiq görülən 3-cü legionerdi. Əcnəbilər ümumilikdə 4 dəfə meydana kapitan sarğısı ilə çıxıb.

Qeyd edək ki, komandanın əsas kapitanı Rahid Əmirquliyev “Turan”la görüşdə meydana sonradan daxil olub.

1. Kamran Ağayev 83
2. Rahid Əmirquliyev 60
3. Mahmud Qurbanov 59
4. Emin Quliyev 25
5. Samir Əliyev 24
6. Zaur Ramazanov 23
7. Dmitri Kramarenko 19
8. Arif Əsədov 14
9. Elmar Baxşıyev 10
10. Elnur Allahverdiyev 5
11. Bəxtiyar Musayev 4
12. Alim Qurbanov 3
13-14. Füzuli Məmmədov, Junior Osvaldo 2
15-21. Aleksandr Martyoşkin, Elnur Abdullayev, Ədəhim Niftəliyev, Radomir Todorov, Rəşad Abdullayev, Ruslan Poladov, Xaqani Məmmədov.

Xəbər 775 dəfə oxundu.