AZAL -dan köklü dəyişikliklər
Bu mövsüm ilk «altılığ»a düşə bilməyən AZAL yayda köklü dəyişikliklərə gedəcək.

İdman.com.az saytı xəbər verir ki, paytaxt klubu çox sayda futbolçusu ilə yollarını ayıracaq. Artıq onlardan bəzisinin kimliyi də hətta bəlli olub. Baş məşqçi Vaqif Sadıqovun qərarı ilə yerli futbolçulardan Saşa Yunisoğlu, Elşən Məmmədov, əcnəbilərdən isə Andrius Veliçka və Branislav Arsenyeviçlə yollarını ayıracaq. Amma bu son olmayacaq. AZAL daha bir neçə üzvü ilə də vidalaşacağını planlaşdırır.

Xəbər 786 dəfə oxundu.