Şahban Cəbrayılovdan iki möhtəşəm qol
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Braziliyanın "Botafoqo" klubu ilə üz-üzə gəlib.

İdman.com.az saytının məlumatına görə, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Hər iki qolu Şahban Cəbrayılov vurub.

Xatırladaq ki, yığmamız turnir çərçivəsində keçirdiyi ilk oyunda Gürcüstan komandasını 2:1 hesabı ilə məğlub edib.

Futbolçularımız qrupda son matçını mayın 12-də, Bakı vaxtı ilə saat 12:00-da İran yığmasına qarşı keçirəcək.

Xəbər 803 dəfə oxundu.