Getman: "Neftçi" ilə oyunlar həmişə çətin olur"
“Avroliqada iştirak etmək üçün komandamıza nəticə qazanmaq lazım idi". İdman.com.az saytının məlumatına görə, bu sözləri "Neftçi" ilə oyundan sonra "Simurq"un məşqçisi İqor Getman deyib.

Getman "Neftçi"yə qarşı oyunların hər zaman çətin alındığını bildirib: "Komanda sona kimi mübarizə apardı, futbolçularımıza təşəkkürümü bildirirəm.”Neftçi” ilə oyunlar həmişə çətin olur, qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.

Xəbər 834 dəfə oxundu.