Yuri Syomin Azərbaycana gəlib
Əfsanəvi rusiyalı baş məşqçi Yuri Syomin “Qəbələ” ilə danışıqların son mərhələsi üçün Azərbaycana gəlib.

İdman.com.az saytı xəbər verir ki, o, dünən stadiondan “Bakı” və “Qəbələ” arasında keçirilən oyunu izləyib. Syomin matçdan sonra geniş danışmağın mənasız olduğunu bildirib.

Xatırladaq ki, onun “Qəbələ” klubunun prezidenti Tale Heydərovla bu gün görüşü nəzərdə tutulub. 66 yaşlı Syominlə 1 illik müqavilənin imzalanması nəzərdə tutulub.

Xəbər 1024 dəfə oxundu.