David Moyes uzunmüddətli müqavilə imzalayıb
"Mançester Yunated"in yeni baş məşqçisi David Moyes "qırmızı şeytanlar"la 6 illik müqavilə bağlayıb.

İdman.com.az saytı xəbər verir ki,müqavilə baöladıqdan sonra məşqçi mətbuata açıqlama verib. O, jurnalistlərlə söhbətində bunları dilə gətirib: "Ferqyussonun mənim haqqımda xoş sözlər deməsinə çox sevindim. Onun bu komandaya etdikləri göz qabağındadı. Burada işim heç də asan olmayacaq. Çünki dünyanın ən yaxşı baş məşqçisinin yerinə gəlirəm".



Xəbər 887 dəfə oxundu.