“Simurq” çempionun bu tur müəyyənləşməsinə imkan vermədi
Bu gün Topaz Premyer Liqasında XXX tur başa çatıb. İdman.com.az saytı xəbər verir ki, ilk “altılıq” mübarizəsində mübarizələr gərgin keçsə də, çempionun müəyyənləşməsi ən azı, gələn tura təxirə salınıb.

Günün ilk matçında “Bakı” evdə Qəbələnin eyniadlı komandası ilə qarşılaşıb. “Zolaqlılar” bu oyunda məğlub olmaqla, avrokuboklara yollanmaq şansını nəzəri olaraq itiriblər.

“Şəfa” stadionunda keçirilmiş ikinci qarşılaşmada “İnter” doğma divarlar arasında “Qarabağ”ın müqavimətini qıra bilməyib və matç heç-heçə bitib.

Günün son qarşılaşmasında lider “Neftçi” də rəqibini məğlub edə bilməyib. Halbuki “ağ-qaralar” “Simurq”u üstələməklə, çempionluğu sona 2 tur qalmış bayram edə bilərdi.

Topaz Premyer Liqası. XXX tur
9 may

“Bakı” – “Qəbələ” - 0:1
Qol: Lorival Assis, 64

“İnter” (Bakı) – “Qarabağ” (Ağdam) - 0:0

“Neftçi” (Bakı) – “Simurq” (Zaqatala) - 1:1
Qol: Julius Vobay, 28 - Rəşad Eyyubov, 14

Xəbər 807 dəfə oxundu.