«Messi ən yaxşı müdafiəçidir»
Ötən il həm «Barselona», həm də Argentina millisi ilə cəmi 91 qola imza ataraq bir ildə ən çox qol vuran futbolçu adına sahib olan Lionel Messi üçün, keçmiş baş məşqçisi Pep Quardiola fərqli bir dəyərləndirmə verib.

Onunla birlikdə böyük uğurlara imza atmış oyunçusunun fərqli xüsusiyyətlərinə diqqət çəkən kataloniyalı mütəxəssis «Məncə dünyanın ən yaxşı müdafiə oyunçusu Lionel Messidir. Sol müdafiəçi mövqeyinə qoyduğunuz halda belə eyni yüksək səviyyəni göstərə bilər» deyib.

İdman.com.az saytı xəbər verir ki, Quardiolanın rəhbərliyi altında 4 ildə cəmi 211 qola imza atan Messi, bu dövrdə həm klubuyla həm də fərdi olaraq bir çox mükafatlara damğasını vurmuşdu.

Xəbər 848 dəfə oxundu.