«Qırmızı şeytanlar» mövsümə Ferqyusonsuz başlayacaq
İngiltərə çempionu «Mançester Yunayted» yeni mövsümə baş məşqçisi Aleks Ferqyusonla başlaya bilməyəcək.

20 ildir ki, bu komandanın sükanında əyləşən şotland mütəxəssis, 2013-2014-cü illər mövsümü Premyer Liqasının ilk turlarında «qırmızı şeytanlar»ın yanında olmayacaq.

İdman.com.az saytı xəbər verir ki, buna səbəb Ferqyusonun ayaqlarında olan problemdir. Onun ayaqlarında cərrahiyyə əməliyyatının aparılmasına ehtiyac var. Hazırda Ferqyuson problemin həll edilməsi variantlarını axtarır.

Xəbər 778 dəfə oxundu.