Konnor Makkonvey: Yüksəklikdə hərəkət etmək asan deyildi
«Tour d`Azerbaidjan» beynəlxalq veloyürüşündə «Synergy Baku Cycling Project» komandasının heyətində uğurlu çıxış etmiş velosipedçilərdən biri də Konnor Makkonvey oldu. İdman.com.az saytının məlumatına görə, dağ təsnifatlarında ən çox xal yığan irlandiyalı sprinter ümumi yekununda qırmızı köynəyi qazandı.

«İdman» qəzetinə açıqlamasında Konnor bildirdi ki, yoxuşlu yollarda sürmək ona asan olmadı: «Yüksəklikdə hərəkət etmək çətin idi. Dağ mərhələlərində qənbər yollarla rastlaşırdın. Sonra yenə düz yola çıxırdın. Uyğunlaşmaq asan deyildi. Yekun nəticədə qırmızı köynəyi özümdə saxladığım üçün sevincliyəm».

Qeyd edək ki, ara və ümumi finiş məsafələrində ən çox fərqlənən Kristof Şvayzer yarışın yaşıl köynəyinə sahib çıxıb.

KAMRAN

Xəbər 934 dəfə oxundu.