Zekonun Dortmunda yolunu pul kəsir
Dortmund «Borussiya»sının baş məşqçisi Yurgen Klop Edin Zekonun komandasına keçidi variantını nəzərdən keçirir. İdman.com.az saytı xəbər verir ki, futbolçunun maaş iddiasının potensial sazişə mane ola bilər:

«Mən Zeko ilə görüş haqqında heç nə bilmirəm. Lakin yaxın bir neçə ilimizdən narahat olacağıqsa, biz onun barədə düşünməliyik. Bizdə olan məlumata görə, onun maaş istəklərini təmin etməyimiz çətin görünür.

Çünki bu məsələdə güzəştə getməyi düşünmürük. Pulu havaya səpə bilmərik. Bununla belə məsələ hələ açıq qalıb».

Xəbər 927 dəfə oxundu.