Draksler «Şalke»yə dönük çıxmayacaq
«Şalke»nin pleymeykeri Yulian Draksler növbəti dəfə klubuna sadiqliyini izhar edib. İdman.com.az saytı xəbər verir ki, şayiələr 19 yaşlı futbolçunu Mario Götsenin gedişi zəminində Dortmund «Borussiya»sına bağlayırlar.

Lakin futbolçu özü deyir ki, yalnız «beyin yuyulması» onu «Şalke»ni tərk etməyə vadar edə bilər. Yarımmüdafiəçi «Bild»ə müsahibəsində deyib: «Güman edirəm ki, gələn mövsümdə də burada oynayacağam».

«Şalke»nin baş direktoru Horst Heldt Draksleri klubda mümkün qədər çox saxlamaq niyyətini açıqlayıb: «Biz Yulianın uzun müddət komandamızda oynamasını istəyirik. Lakin «Real» və ya «Barselona» 100 milyon avroluq təkliflə müraciət edrlərsə, vəziyyət dəyişər».

Xəbər 854 dəfə oxundu.