«Mançester Siti»nin transfer bombaları
Ötən mövsüm qazandığı çempionluq titulunu itirən «Mançester Siti» transfer bazarının ən fəal klublarından olacaq. Fanat.az «The Telegraph» qəzetinə istinadən xəbər verir ki, Mançester təmsilçisi bir neçə transfer bombası partlatmağa hazırlaşır.

Qəzetin xəbərində qeyd olunur ki, klub rəhbərliyi «Napoli»nin ulduzu Edinson Kavaninin transferi üçün 40 milyon funt-sterlinq ayırıb. Həmçinin «Mançester Siti»nin futbol direktoru Txiki Beqiristainın braziliyalı Neymarı yola gətirməyə çalışdığı bildirilir.

Baş məşqçi Roberto Mançininin siyahısındakı əsas isim «Atletiko»nun ulduzu Radamel Falkaodu. İtalyan mütəxəssis «Çelsi»nin də hədəfində olan kolumbiyalının transferində israr edir. «Mançester Siti» bu transferi reallaşdırmaq üçün Almaniya klublarının və «Tottenhem»in maraqlandığı Edin Dzekonu sata bilər.

Xəbər 786 dəfə oxundu.