Aleks Ferqyusonun komandadan gedir
«Mançester Yunayted»in baş məşqçisi Aleks Ferqyusonun komandadan gedəcəyi ilə bağlı xəbərlər rəsmən təsdiqləntib. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Mütəxəssis mövsümün sonunda «Mançester Yunayted»dən gedəcək. Yeni baş məşqçinin kimliyi açıqlanmayıb.

Beləliklə, Ferqyuson «Mançester Yunayted»i son iki oyuna çıxaracaq. «Qırmızı şeytanlar» mayın 12-də «Suonsi», bir həftə sonra «Vest Bromviç»lə qarşılaşacaq.

Şotland mütəxəssis «Mançester Yunayted»ə 27 il rəhbərlik edib. 1986-cı ildən «qırmızı şeytanlar»ı çalışdıran Ferqyuson 38 titul qazanıb.

Xəbər 752 dəfə oxundu.