Qusarda mini-futbol üzrə rayon birinciliyi keçirilib
2-4 may tarixlərində Qusar rayon Gənclər və idman idarəsi tərəfindən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş 12-13 yaşlı yeniyetmələr arasında mini-futbol üzrə rayon birinciliyi keçirilib.

Qusar şəhər Şövkət Orduxanov adına mərkəzi stadionda 8 komandanın iştirakı ilə keçirilən yarışın məqsədi mini futbol idman növünü təbliğ və inkişaf etdirmək, gəncləri bu idman növü ilə müntəzəm məşğul olmağa cəlb etmək və asudə vaxtın səmərəli təşkili olub.

Sonda birinciyə Samur qəsəbəsi, Bədişqala, üçüncü yerə Quxuroba komandası layiq görülüblər.

Qalib komandalar idarə tərəfindən diplom və kuboklarla təltif olunublar.

Xəbər 885 dəfə oxundu.