Dünən "Bakı" son oyununu keçirib.
Dünən U-19 Liqası turnirində "Bakı" son oyununu keçirib.

Bayıl stadionunda baş tutan oyununda "Bakı" “Neftçi” ilə 3-cü yer uğrunda mübarizə aparıb. Hər iki komanda çempionatda III yerə sahib çıxmaq üçün əlindən gələni edib. Gərgin və maraqlı mübarizə 3:2 hesabı ilə "zolaqlılar"ın qələbəsi ilə yekunlaşıb. Belə ki, “Bakı” U-19 komandası çempionatın bürünc medallara yiyələnib.

U-14 Liqası 1/8 final mərhələsində "Bakı" U-14 komandası “TİM (Gəncə)” ilə qarşılaşıb və 3:1 hesablı inamlı qələbə qazanıb. "Bakı"nın heyətində Samir Paşayev (10 dəq), Rəşad Əhmədov (15 dəq) və Fehmin Huseyinli (30 dəq) fərqlənib.

U-15 Liqası turniri çərçivəsində "Bakı" “İnter” lə qarşılaşıb. "Şəfa" stadionunda keçirilən oyun "zolaqlılar"ın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.

"Bakı"nın U-13 komandası isə UGİM Naxçıvana çətin anlar yaşadıb. "Dalğa" stadionunda baş tutan oyunda "Bakı" rəqibini 8:2 hesabı ilə darmadağın edib.

Xəbər 1013 dəfə oxundu.