Burak Yılmaz İspaniya nəhənginin hədəfindədir
"Qalatasaray"ın hücumçusu Burak Yılmazla maraqlanan klublar sırasına "Real"da qoşulub.

"Kral" klubu bununla bağlı artıq ilk təklifini də göndərib. Belə ki, "kral" klubu Burakın qarşılığında türklərə yayda transferə çıxaracağı Qonzalo İquaini təklif edib. "Sarı-qırmızılılar" argentinalı futbolçunu transfer etmək istəyirlərsə, 25 milyon avrolarından keçməlidirlər. İquain əsas heyətə düşə bilmədiyi üçün "Real"dan ayrılmaq istəyir.

Xəbər 1118 dəfə oxundu.