Yuri Syomin Bakıya gəlir
«Yuri Syomin çərşənbə, yaxud cümə axşamı klub prezidenti Tale Heydərovla görüşəcək». Bu sözləri «Qəbələ»nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

Klub rəsmisi Rusiya mətbuatına açıqlamasında bildirib ki, görüş Bakıda keçiriləcək: «Görüş Bakıda olacaq. Həmin görüşdən sonra biz birgə qərar qəbul edəcəyik. Əgər baş məşqçimiz Syomin olarsa, o, futbolçularla yaxşı əlaqə yarada biləcək».

Xəbər 988 dəfə oxundu.