Millimiz İtaliya klubları ilə oynamağa gedir
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 15-dən 20-ə qədər İtaliyanın Piza şəhərində təlim-məşq toplanışı keçirəcək. Yığmamız mayın 20-dən 25-dək isə “Tuscany Football Cup 2013″ turnirində iştirak edəcək.

Artıq turnirin iştirakçıları və qrupların tərkibi də məlumdu. Millimiz İtaliyanın «Empoli» və «Trevizo» klubları ilə birlikdə A qrupunda çıxış edəcək.

Baş məşqçi Arif Əsədov komandanın heyətini də açıqlayıb. Baş məşqçinin siyahısındakı 21 futbolçudan 6-sı legionerdi. Onlar Rusiya, Almaniya və Türkiyə klublarından dəvət olunub.

A qrupu: Empoli, Trevizo, Azərbaycan U-19
B qrupu: Udineze, Askoli, Sambenedetese
C qrupu: Recina, Qrosseto, Pianoscarano 1949
D qrupu: Fiorentina, Livorno, Torino

Eyyub Əliyev – Simurq
Elməddin Məmmədov – AZAL
Şamil Cəmaləddinov – Sumqayıt
Sadiq Quliyev – Qəbələ
Adil Nağıyev – İnter
Bilal Abbaszadə – Qarabağ
Budaq Nəsirov – Turan
Elvin Camalov – Qəbələ
Kamran Abdullazadə – Xəzər Lənkəran
Coşqun Diniyev – İnter
Tural Rzayev – Qarabağ
Fəhmin Muradbəyli – Neftçi
Ruslan Nəsirli – Sumqayıt
Namiq Ələskərov – Bakı
Rüstəm Rüstəmli – Lokomotiv (Bakı)
Kənan Səfərov – Ayntraxt (Norderstedt, Almaniya)
Elvin Bədəlov – Zenit (Sankt-Peterburq, Rusiya)
Mexman Behbutov – Smena (Rusiya)
Cem Felek – Eintracht Frankfurt (Almaniya)
Sadıxov Rahim – Spartak-2 (Rusiya)
Mirkamil Həşimli – Fənərbaxça (Türkiyə)

Xəbər 914 dəfə oxundu.