«Qəbələ» çempion oldu
AFFA -nın U-19 Liqasının cari mövsümü yekunlaşıb. Mövsüm «Bayıl Arena»da keçirilmiş iki oyunla başa çatıb.

III yer uğrunda qarşlaşmada «Neftçi» və «Bakı» üz-üzə gəlib. «Bakı» 3:2 hesabı ilə qələbə qazanaraq U-19 Liqasında III yeri tutub.

Final oyununda «Qarabağ» və «Qəbələ» qarşılaşıb. «Qəbələ» rəqibini 5:0 hesabı ilə məğlub edərək ilk dəfə keçirilən U-19 Liqasının qalibi adını qazanıb.

Oyun başa çatdıqdan sonra müküfatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, texniki direktor Bernhard Lippert və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov təqdim ediblər.

Xəbər 747 dəfə oxundu.