Karles Puyol klubu tərk edəcək
Barselonanın müdafiəçisi Karles Puyol mövsümün sonunda klubu tərk edə bilər.

İdman.com.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, müdafiəçinin Milanla müqavilə imzalanacağı gözlənilir. Həmçinin Puyolun komandanın liderlərindən biri ilə münaqişəsi olduğu xəbərləri də yayılıb. Onun Barsa ilə razılaşması isə 2015-ci ilə qədər nəzərdə tutulub. Kataloniya klubunun son günlərdə mərkəz müdafiəçisi axtarışı da hadisələri tezləşdirə bilər.



Aynurə Pənahqızı

Xəbər 780 dəfə oxundu.