Yevlaxda sərbəst güləş üzrə rayon turniri keçirilib
Mayın 4-də Yevlax şəhər UGİM -nin güləş zalında məşqçi müəllim Qabil Cəfərovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon turniri keçirilib.

8 çəki dərəcəsində yeniyetmə güləşçilərin mübarizə apardığı turnirdə qalib gələn idmançılar Yevlax şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

Xəbər 1274 dəfə oxundu.