Şəkidə qol güləşi üzrə şəhər turniri keçirilib
Mayın 5-də B.Vahabzadə adına parkda ümummilli lider H.Əliyevin 90 illik yubileyinə həsr edilmiş qol güləşi (Armrestlinq) üzrə şəhər turniri keçirilib.

8 çəki dərəcəsində 100-ə yaxın idmançı yarışda şəhərdə mövcud olan hərbi hissələrin əsgərləri, ali, orta ixtisas məktəblərinin tələbələri və idman klublarının nümayəndələri iştirak ediblər.

Sonda qaliblər Şəki şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 1046 dəfə oxundu.