Ağsuda mini futbol üzrə açıq rayon birinciliyi
1-5 may ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə 11-14 yaşlı məktəblilər arasında mini futbol üzrə açıq rayon birinciliyi keçirilib.

Ağsu Şəhər stadionunda 50-yə yaxın idmançının iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünün qeyd edilməsi və idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi olub.

Xəbər 845 dəfə oxundu.