Şəkidə kross qaçış üzrə yarış keçirilib
Mayın 6-da Şəki şəhər Gənclər və İdman idarəsi oğlanlar arasında kross 100 m məsafəyə qaçış üzrə yarış keçirilib.

Yarışın yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi və hakimlər heyəti yaradılıb.

Yekun nəticəyə görə 100 m məsafəyə qaçış üzrə qızlar birinciyə Gülnar Babayeva (AMİ), ikinciyə Ruqiyyət Əmirova, üçüncüyə Şəbnəm Abdullayeva (hər ikisi Pedaqoji Kollec), oğlanlar arasında birinciyə Coşqun Əhmədov (Texniki Kollec), ikinciyə Elşad Əhmədov (Pedaqoji Kollec), Sənan Cəlilzadə (AMİ Şəki filialı) layiq görülüblər.

Sonda qaliblər Şəki şəhər Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 4552 dəfə oxundu.