Mourinyo klubun qapıçısı İker Kasilyasdan danışdı
“Real”ın baş məşqçisi Joze Mourinyo klubun qapıçısı İker Kasilyasdan danışdı.

Məşqdən sonra mətbuata açıqlama verən portuqaliyalı çalışdırıcı təcrübəli qolkiperlə bağlı qəti qərarını belə izah edib:

“Onunla problemim yoxdu. Dieqo Lopes daha çox xoşuma gəlir və seçim haqqım var. Bu kailyasın “Pelleqrini daha çox xoşuma gəlir” deməsi kimi normal bir şeydi. Mən “Real”da baş məşçi olduğum müddətcə həmişə Dieqo Lopes oynayacaq. Hər hansı biri ilə bağlı qarşı düşünmədən qərar vermərəm. Qərarım şəxsi deyil. Ayaqlarını yaxşı işlədən, cərmə meydancasının lideri olan, hava toplarına yaxşı çıxan qapıçı xoşuma gəlir. İker də çərçivədə yaxşı durur, mükəmməl qurtarışları olur, amma mən başqa tip qapıçıları daha çox xoşlayıram”.

“Barselona”lı Andres İniestanın Kasiliyası təsdəkləməsi ilə bağlı suala məşqçi belə cavab verib:

“İniestanın düşündüklərini ifadə etməkdə sərbəstdir, ancaq öz komandası ilə maraqlansa daha yaxşı olar. Çempionlar Liqasının Yarımfinalında Messisiz komandasının nə qədər fərqli çıxış etməyini analiz etsə, onun üçün daha asan olar”.

Xəbər 916 dəfə oxundu.