AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Komitə üzvləri Premyer Liqanın XXIX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

«Qala» ilə matçın 81-ci dəqiqəsində «Şəmkir»in üzvü Eldəniz Orucov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə aldığından 4 oyunluq cəzalandırılıb, klub 400 manat cərimə olunub. Komandanın digər üzvü Ruslan Hüseynov 88-ci dəqiqədə kobud oyuna görə ikinci sarı vərəqəni aldığından 1 oyunluq cəzalandırılıb, klubu 20 manat cərimələnib.

«Lokomotiv» – «Ağsu» matçının 16-cı dəqiqəsində «Ağsu»nun futbolçusu Bəxtiyar Mehdiyevlə «Lokomotiv»in üzvü Yasin Yaqubzadə aqressiv hərəkətə görə qırmızı vərəqə alıb. Hər iki oyunçu 4 oyunluq cəzalandırılıb, klublar 400 manat cərimə olunub.

Xəbər 928 dəfə oxundu.