Milanlılar Seski istəyir
«İnter» və «Milan» bir-biri ilə döyüşə çıxmalıdılar. Bu döyüş yaşıl meydanda deyil, transfer bazarında olmalıdı. Hər iki Milan təmsilçisi «Barselona»nın yarımmüdafiəçisi Sesk Fabreqası sıralarına cəlb etmək istəyir. İspaniyalı sevimli klubuna London «Arsenal»ında uzun müddət oynadıqdan sonra 2011-ci ildə dönmüşdü.

Lakin dönüşün tam da uğurlu olduğunu söyləmək olmaz. İndi hər iki Milan klubu mərkəz xəttini möhkəmləndirmək üçün diqqətini Fabreqasa yönəldib. Bu komandalar ispan futbolçuyla ilk dəfə əlaqəyə girmirlər. Onlar Fabreqası hələ futbolçu kataloniyalıların sırasına keçməmişdən öncə də sıralarına cəlb etmək istəyirdilər.

İdman.com.az saytı xəbər verir ki, «İnter» «Milan»la transfer qarşıdurmasında Samir Handanoviçi sazişin bir parçası kimi təklif edərək, üstünlüyü tam əlin ala bilər. Əks təqdirdə, «İnter» belə bahalı oyunçu üçün pulu haradan tapmaq barədə düşünməlidir.

Xəbər 890 dəfə oxundu.