Kristof Şvayzer: Yaşıl köynəyi çətinliklə saxladım
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Tour d`Azerbaidjan» beynəlxalq veloturunun ümumi yekununda «Synergy Baku Cycling Project» komandasının heyətində yaşıl köynəyi qazanmış Kristof Şvayzer, yarışdan sonra uğurunu «İdman» qəzeti və idman.com.az saytı ilə bölüşdü. Almaniyalı sprinter dedi ki, ara və ümumi finiş məsafələrində liderliyini qorumaq ona asan başa gəlmədi:

«Son – 5-ci mərhələyə qədər əsas rəqibim Vitali Popkovu 6 xal qabaqlayırdım. Taktika belə oldu ki, birinci sıçrayışda yaradılan qrupa biz qoşulmayaq. Amma startda ukraynalı velosipedçi var gücü ilə irəli atıldı. Belədə o, xal fərqini birə endirdi. Bu zaman komanda yoldaşlarım mənə işlədilər. Gərgin mürabirəzə yaşıl köynəyi özumdə saxlamağı bacardım».

KAMRAN

Xəbər 989 dəfə oxundu.