«Qəbələ» daha bir futbolçusu ilə yollarını ayırıb
«Qəbələ» daha bir futbolçusu ilə yollarını ayırıb. Bölgə klubu Aleksandr Çertoqanovun ardınca İfeanyi Emeqara ilə vidalaşıb.

Nigeriyalı futbolçu «Qəbələ»yə qışda Rumıniyanın «Styaua» klubundan gəlmişdi. Ramiz Məmmədovun istəyi ilə transfer edilən 29 yaşlı futbolçu bölgə klubunda cəmi 4 oyun keçirib və 144 dəqiqə oynayıb.

Vətənində «Ebedey», Serbiyada «Teleoptik», «Partizan», Rumıniyada «Tişişoara» və «Styaua» klublarının şərəfini qoruyan Emeqara Nigeriya millisində üç oyun keçirib.

Xəbər 753 dəfə oxundu.