PSJ-nin xalı silinə bilər
Fransa Liqa 1-də 35-ci turun yekun oyununda “Valensyen”i evində qəbul edən lider PSJ meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.

Matçın 43-cü dəqiqəsində Tiyaqo Silvanın qırmızı vərəqə alaraq meydandan qovulmasına əsəbiləşərək hakimin üzərinə hücum edən Paris klubunun idman direktoru Leonardo cəzalandırıla bilər.

Fransa mətbuatının xəbərinə görə hazırda hadisə ilə bağlı Fransa Futbol Federasiyası tərəfindən araşdırmalar aparılır. Mətbuatda yazılanlara görə idman direktoru ilə yanaşı klubun xalı da silinə bilər.

Xəbər 726 dəfə oxundu.