FİDE-nin Prezident Şurası Bakıda toplandı
Mayın 5-də «JW Marriott Absheron Baku» otelində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının toplantısı keçirilib. Şuranın işində FİDE-nin prezidenti Kirsan İlümjinov, bir sıra ölkələrin federasiyalarının başçıları iştirak ediblər.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov açılışda çıxış edərək Azərbaycanda şahmatın inkişafından, idmanın bu növünə dövlət qayğısından danışıb. O, Azərbaycanda şahmatın inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb.

FİDE-nin prezidenti Kirsan İlümjinov Azərbaycanda şahmatın kütləviliyinin inkişafına və genişlənməsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək deyib: «Azərbaycan MDB-nin postsovet məkanında yeganə ölkədir ki, şahmatın inkişafına dair Dövlət proqramı qəbul edib».

Sonra FİDE-nin Prezident Şurası gündəlikdəki məsələlərin müzakirəsinə başlayıb. İclasda Londonda FİDE namizədlərinin sonuncu turnirinin yekunlarını, habelə Azərbaycanda keçiriləcək 2015-ci ilin Dünya kuboku yarışlarının və 2016-cı il Dünya Şahmat Olimpiadasının təşkilati planları və s. Məsələlər müzakirə edilib.

Mayın 6-da FİDE prezidenti Kirsan İlyumjinovun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə tər çiçəklər düzübşlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə güllər qoyulmuşub. Sonra FİDE Prezident Şurasının üzvləri 2015-сi ildə Dünya Kuboku yarışlarının keçiriləcəyi “Baku Crystall Hall” ilə tanış olublar.

Xəbər 878 dəfə oxundu.