İsrail - Azərbaycan oyunun vaxtı dəyişdirildi
21 yaşadək futbolçulardan Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə səfər oyunu sentyabrın 7-dən 8-ə keçirilib.

Buna səbəb İsrail və Azərbaycanın A milli komandalarının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də qarşılaşmasıdır.

Xatırladaq ki, təqvimə əsasən A milli komandaların oyunu sentyabrın 6-da keçirilməli idi. Lakin İsrail Futbol Federasiyası AFFA-ya müraciət edərək İsraildə sentyabrın 6-da bayram olduğunu bildirmiş, bununla əlaqədar oyunun sentyabrın 7-ə keçirilməsini xahiş etmiş və AFFA bu müraciəti müsbət cavablandırmışdı.

Xəbər 798 dəfə oxundu.