Vasif Talıbova FİLA-nın qızıl medalı və fəxri diplomu təqdim edilib
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb.

İdman.com.az saytı xəbər verir ki, 8 komandanın mübrizə apardığı turnirdə Naxçıvan güləşçiləri ən güclü olub. Finalda Azərbaycan komandası ilə görüşdə 4-4 hesablı heç-heçə qeydə alınsa da, yerli güləşçilərdən birinin təmiz qələbə qazanması görüşün taleyini həll edib. Bununla da Naxçıvan güləşçiləri turniri birinci sırada tamamlayıb. Azərbaycan komandası ikinci, Gürcüstan güləşçiləri isə üçüncü yerdə qərarlaşıb.

Turnir çərçivəsində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti cənab Namiq Əliyev Naxçıvan Muxtar Respublikasında güləşin inkişafındakı xidmətlərə görə Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbova FİLA-nın qızıl medalı və fəxri diplomunu təqdim edib.

Xəbər 962 dəfə oxundu.