“Xəzər Lənkəran” itki ilə hazırlaşır
Topaz premyer liqasının XXIX-cu turu çərçivəsində “Kəpəz”i qəbul edən “Xəzər Lənkəran”, may ayının 3-də başa çatan qarşılaşmadan bir gün sonra bərpa məşqini keçirib istirahətə çəkilmişdi. Bu gün isə səhər saatlarında komanda hazırlığını bərpa edib.

Ehtiyat meydanda baş tutan səhər məşqində lənkəranlılar əsasən taktiki çalışmaları yerinə yetirdilər. Bu gün “ağ-yaşıllar” gün ərzində bir məşqlə kifayətlənəcək və sabah “Turan”la oyun öncəsi son məşqini keçirib oyun saatını gözləyəcək. Hazırda komandada Vanderson Skarduelli və Adrian Skarlatake zədədən əziyyət çəkir.

Xəbər 760 dəfə oxundu.